AZ

Ərdoğan: ABŞ-nin Fələstin nümayəndə heyətinə viza verməkdən imtina etməsi BMT-nin məqsədlərinə uyğun gəlmir

"ABŞ-nin Fələstin nümayəndə heyətinə viza verməkdən imtina etməsi BMT-nin məqsədlərinə uyğun gəlmir".

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni Fələstin nümayəndə heyətinin üzvlərinə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verməmək qərarına təcili şəkildə yenidən baxmağa çağırıb.

"ABŞ-nin bu qərarı BMT-nin mövcudluğu məqsədi ilə bir araya sığmır. Hesab edirik ki, buna dərhal yenidən baxılmalıdır", - o, qeyd edib.

Seçilən
10
operativmedia.az

1Mənbələr