Yardımlı şəhərində ümumi sahəsi 208 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağının tavanı 25 m² sahədə və 12 ədəd stul yanıb.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın Yardımlı Mədəniyyət Evində baş verib.