Bakı, 2 sentyabr, AZƏRTAC
İspaniya millisi ilə 2010-cu ildə dünya çempionatının qalibi olmuş Raul Albiol İtaliyanın "Piza" komandasına keçib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı tanınmış müdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
R.Albiol son olaraq ölkəsində “Vilyarreal”da oynayıb.
O, həm də "Real Madrid" və "Napoli"dəki çıxışları ilə tanınır.