AZ

Suriya 14 illik fasilədən sonra neft ixracatını bərpa edir

Suriya neftinin dünya bazarına qaytarılması ölkə iqtisadiyyatının bərpası üçün mühüm addım olub. 

Operativ Media xəbər verir ki, bu barədə Suriya Energetika Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Suriya neft gəmisi şirkəti 14 ildə ilk rəsmi tədarükünü elan edib.

İxrac edilən xammalın həcmi Suriyanın bir sıra yataqlarında hasil edilən neft, həmçinin Baniyas və Homsdakı neftayırma zavodlarından hasil edilən artıqlıqdır.

Tartusdan təxminən 35 km şimalda yerləşən Baniyasda Suriyanın ən böyük neft emalı zavodu və xüsusi neft limanı yerləşir.


Şəfa Hüseynli

 

Seçilən
18
operativmedia.az

1Mənbələr