ain.az, Fanat portalına istinadən məlumat verir.
1-ci Liqa təmsilçisi "Cəbrayıl"dan ayrılan Okan Təhməzli özünə yeni iş yeri tapıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qəbələ"nin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi karyerasını digər 1-ci Liqa komandasında davam etdirəcək.
"Zaqatala"nın düşərgəsində olan Təhməzli bu klubla müqavilə bağlayıb.
Məlumatı dəqiqləşdirmək üçün "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. Məmmədov Okanla müqavilə bağladılarını təsdiqlədi.
Xatırladaq ki, "Zaqatala" son mövsümdə 1-ci Liqadakı mübarizəni 34 xalla 5-ci pillədə başa vurub.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.