Hücum xəttini gücləndirməyi qətiləşdirən “Qarabağ” Sambu Sumano ilə anlaşmağa yaxındır.
Liqa-1-də mübarizə aparan “Loryan”ın qol vurmaq yükünü çiyinlərində daşıyan Seneqaldan olan forvardla “Seltik”in dəə danışıq apardığını nəzərə alsaq, razılaşma prosesinin vaxt aparması anlaşılandır.
Kluba yaxın mənbədən redaksiyamıza verilən məlumata görə, 24 yaşlı futbolçu ilə bir çox detallarda anlaşma əldə olunub. Kiçik məsələlər qalıb ki, onları da yoluna qoymaq mümkün görünür.
Azarkeşləri maraqlandıran sual Sumanonun hansı tip futbolçu olması və bitiricilik bacarığının hansı səviyyədə olmasıdır.
Qısa xatırlatmaq kimi bildirək ki, sürətlidir, hər iki ayağı ilə oynamağı bacarır, topu gövdəsi ilə “bağlayıb” komanda yoldaşları üçün dəhliz açır, ən əsası, “vuran ayağa” sahibdir.
Necə deyərlər, 100 dəfə eşitməkdənsə 1 dəfə görmək yaxşıdır.
Aşağıdakı linkə keçid etməklə “Qarabağ”ın müqavilə bağlamağa yaxın olduğu hücumçunun nəyə qadir olduğunu görə bilərsiniz.
HƏBİB / SPORTİNFO.AZ