AZ

NATO Ukrayna üçün ABŞ-dan silah sistemləri satın alıb

NATO ölkələri Ukrayna üçün ABŞ-dan 2 milyard dollar dəyərində silah sistemləri satın alıb.

“Poliqon” NEXTA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Lüksemburqda keçirdiyi mətbuat konfransında bildirib.

“NATO ölkələri Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı təşəbbüsü çərçivəsində Ukrayna üçün ABŞ-dan cəmi bir neçə həftə ərzində 2 milyard dollar dəyərində ölümcül və müdafiə silahları alıblar”, – deyə Baş katib qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp, Amerika istehsalı silahların Kiyevə göndərilməsi barədə razılıq əldə edildiyini və bu xərclərin NATO tərəfindən qarşılanacağını açıqlamışdı.

Seçilən
20
1
poliqon.az

2Mənbələr