AZ

Azərbaycan millisinin Portuqaliya ilə oyunu kiprli hakimlərə tapşırıldı

Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə qrup oyunu üçün təyinatlar açıqlanıb.

Operativ Media xəbər verir ki, sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq qarşılaşma Kiprdən olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Konstantinos Fellasa, Pavlos Georgiu və Giorgios Xaralampus yan xətt, Dimitris Solomu dördüncü hakim qismində kömək edəcək.

Serbiyalı Deyan Filipoviç hakim-inspektor, ingiltərəli İan Atkins UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Cidade de Barcelos" stadionunda keçiriləcək B qrupunun oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Seçilən
28
9
operativmedia.az

10Mənbələr