Azərbaycan Respublikasının dövlətsərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılıb.