Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olanBank of New York Mellonun (BNY) baş icraçı vitse-prezidenti HaniKablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.
Görüş zamanı Azərbaycanda maliyyə bazalarının və ödənişsistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının carimeyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçininkibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyatakeçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin “2024-2026-cı illərdə maliyyə sektorununinkişaf Strategiyası” çərçivəsində prioritet sahələr və buistiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirəedilib.