AZ

Azərbaycan Mərkəzi Bankı və “Bank of New York Mellon” arasında maliyyə əməkdaşlığı müzakirə olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan “Bank of New York Mello”nun baş icraçı vitse-prezidenti Hani Kablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanda maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının cari meyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində prioritet sahələr və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
2
azertag.az

3Mənbələr