AZ

"Neftçi"dən ayrıldı, 1-ci Liqa komandasına qoşuldu

"Neftçi"nin yarımmüdafiəçisi Kamal Kazımov yeni mövsümə 1-ci Liqada başlayacaq. Sözügedən futbolçu "Zaqatala" ilə müqavilə bağlayıb.

Məlumatı Fanat.Az-a "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov verib:

"Ötən mövsümü "Neftçi"nin əvəzedici komandasında keçirən Kamal hazırda düşərgəmizdədir. O, yaxın müqavilə bağladığımız oyunçulardan biridir".

Xatırladaq ki, "Zaqatala" ötən mövsüm 1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 5-ci pilləsində başa vurub. Məmmədovun çalışdırdığı kollektiv 34 xal toplayıb.  

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr