ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1056 (Cild I); 2024, № 3, maddə 337, № 10, maddə 1161) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na aşağıdakı məzmunda 17-4-cü hissə əlavə edilsin:
“17-4. Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi).”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 sentyabr 2025-ci il
№ 244
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.