Fransız kinosunun aparıcı simalarından olan aktyor Jerar Depardye uzun müddətdir barəsindəki cinsi təcavüz iddiaları ilə gündəmdən düşmür.
Sherg.az xəbər verir ki, məşhur aktyor bir neçə ay əvvəl, 2021-ci ildə film çəkilişi zamanı iki qadına cinsi təcavüz etdiyinə görə mühakimə olunduğu məhkəmə işində günahkar bilinmişdi.
Depardye indi də 2018-ci ildə irəli sürülən cinsi təcavüz iddiasına görə mühakimə olunacaq. Qərar, Arnouldun 2018-ci ildə aktyora qarşı cinsi təcavüz ittihamı qaldırmasından təxminən 7 il sonra verilib.
Arnould sosial mediada etdiyi açıqlamada:
“Özümü rahatlamış hiss edirəm. Bu qərar hüquqi həqiqətin yenidən təsdiqi deməkdir,” - sözlərini yazıb.
Jerar Depardye isə barəsindəki iddiaları qətiyyətlə rədd edir. 76 yaşlı aktyorun vəkilindən hələlik açıqlama gəlməyib.