AZ

Azərbaycan klubu Mavritaniya millisinin üzvünü heyətinə qatdı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" komandası heyətinə əcnəbi futbolçu cəlb edib.

Bunu Fanat.Az-a komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Söhbət Mavritaniya millisinin üzvü Muhammed Bakayokodan gedir. Təcrübəli mütəxəssis sözügedən oyunçunu Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bəyəndiyini, bugünlərdə sırf ÇL üçün transfer etdiklərini bildirib.

Qeyd edək ki, Mavritaniya Azərbaycan millisinin DÇ-nin qrupundakı rəqiblərindən idi. Yığmamız 3-cü tur çərçivəsində qarşılaşdığı rəqibinə 2:0 hesabı ilə qalib gəlməyi bacarmışdı.

ÇL-in G qrupunda yer alan "Aznur"un rəqibləri "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) komandaları olacaq. Çempionlar Liqası sentyabrın 17-21-i aralığında Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr