Bakı. Trend:
“Xankəndi” Futbol Klubu yeni mövsüm üçün məşqçi qərarınıaçıqlayıb.
“Xankəndi” FK-nın Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, komanda ötən mövsüm “Xankəndi”ni Region Liqasınınçempionluğuna daşıyan türkiyəli mütəxəssis İbrahim Uzunca iləəməkdaşlığını davam etdirəcək.
Bildirilib ki, futbol ictimaiyyətində yaxşı tanınan 63 yaşlı,UEFA PRO kateqoriyasına sahib təcrübəli çalışdırıcı ilə bir illikmüqavilə imzalanıb. İbrahim Uzunca TFF 1-ci Liqasında çalışmış vəhəm Türkiyə, həm də Azərbaycan futbolunda dərin iz qoymuşmütəxəssislərdəndir.
Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”,“Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarındabaş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”,“Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ“Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarınıçalışdırıb.
Məşqçiliyə 1995-ci ildən başlayan Uzunca, 30 ilə yaxın peşəkartəcrübəsi ilə bu gün də futbolun inkişafına töhfə verməkdədir.
Bu müqavilə ilə “Xankəndi” FK İkinci Liqada da uğurlu nəticələrəldə etməyi hədəfləyir.