AZ

40 yaşlı dünya çempionu İtaliya klubu ilə müqavilə bağladı

sport24.az saytına istinadən ain.az xəbər verir.

İspaniya millisi ilə 2010-cu il dünya çempionatının qalibi, müdafiəçi Raul Albiol "Piza" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriya klubunun mətbuat xidməti məlumat yayıb.

Sabah 40 yaşını qeyd edəcək ispaniyalı bu yay 2019-cu ildən çıxış etdiyi "Vilyarreal"dan azad agent kimi ayrılıb. Ötən mövsüm o, La Liqada 15 oyun keçirib.

Qeyd edək ki, Raul Albiol karyerası ərzində "Real" və "Napoli"dəki çıxışları ilə tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
sport24.az

1Mənbələr