AZ

Dövlət Komitəsinin sədri Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 12-də saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Şamaxı rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
1
azertag.az

2Mənbələr