Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şimali Kore Rusiyaya dəstək məqsədilə Ukrayna müharibəsinə göndərilən əsgərlərin görüntülərini paylaşıb.
Döyüş anlarına dair kadrlarda Kursk bölgəsində yerləşdirilən Şimali Koreya birliklərinin yaşadıqları əks olunub.
"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya dövlət televiziyası Rusiya-Ukrayna müharibəsində iştirak edən əsgərlərin yer aldığı döyüş səhnələrini əhatə edən sənədli film yayımlayıb.
Sənədli filmdə mühasirəyə düşən Şimali Koreya əsgərlərinin əl qumbarası ilə özlərini öldürdükləri bildirilir və bu cür intiharlar “qəhrəmancasına fədakarlıq” kimi təqdim olunur.
Bəzi əsgərlərin canlı qalxan kimi istifadə edildiyi göstərilən sənədli filmdə, Şimali Koreya lideri Kim Çen Inın əsgərlərə bir neçə dəfə məktub göndərərək onları “tesəlli edib ruhlandırdığı” da qeyd olunur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.