Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 356,6 milyon ABŞ dolları dəyərində 661,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,4 faiz və ya 8,3 milyon dollar, həcm baxımından isə 24,8 faiz və ya 131,5 min ton üstələyir.
Cari ilin ilk 7 ayı ərzində ölkədən ümumilikdə 7,66 milyard dollar dəyərində 14,4 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Almaniya 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 4,57 faizi bu ölkənin payına düşüb.