AZ

Bilmək istəyir ki, Rəşad Sadıqovun əsəbləri möhkəmdir, ya necə

«Zirə» iyulda Salifu Sumanı 1,4 milyon avroya «Molde»yə satdı.

Yəqin ki, qışda da İssa Cibralını yaxşı qiymətə «əldən çıxararlar». 29 yaşlı nigerli ikinci gəncliyini yaşayır son vaxtlar.

Heç vaxt olmadığı qədər əla formadadır.

Deyəsən, Sumanın başına xoşbəxtlik quşu Cibrilanı da ruhlandırıb və istər oyunu, istərsə də vurduğu qollarla «Zirə»nin göz bəbəyinə çevrilib.

İssanın Konfrans Liqasında «Hayduk»a Splitdə atdığı gözəl qol yadımızdan çıxmamış «Kəpəz»lə oyunda yenidən diqqətləri özünə çəkdi.

Bəlkə də qapı önünə asma etmək istəyirdi, top göydə elə qəribə traektoriya cızdı ki… Kaçper Rosa bir də ayıldı ki, top toru qucaqlayıb.

«Zirə» məşqçi komandasıdır. Kim gəlir, kim gedir, özü bilər: Rəşad Sadıqov buradadırsa, oyun modeli dəyişməyəcək.

Avrokuboklara vəsiqə iddiasında olan «Zirə» üçün bu, böyük üstünlükdür.

Yeqor Boqomolski yeni komandasında qol hesabını açdı. «Kəpəz»in qapısından dördüncü topu keçirən «Neftçi»nin sabiq hücumçusu ondan qabaq bir əla fürsəti də qaçırdı.

Bundan əvvəlki oyunda olduğu kimi. Deyəsən, belaruslu forvard özünə söz verib, bilmək istəyir ki, Rəşad Sadıqovun əsəbləri möhkəmdir, ya necə.

MUSA

Seçilən
3
sportinfo.az

1Mənbələr