AZ

24 saata 5 milyard dollar qazandı

ABŞ lideri Donald Trampın sərvəti cəmi bir sutkada 5 milyard dollardan çox yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Məlumata görə, artımın səbəbi 1 sentyabr tarixində WLFI adlı tokenin ticarətə başlamasıdır. Tokenin ilkin qiyməti təxminən 0,3 dollar olub.

Məqalədə qeyd edilir ki, hazırda WLFI Tramp ailəsinin ən dəyərli aktivinə çevrilib və onların daşınmaz əmlak portfelini belə geridə qoyub. Xatırladaq ki, daha əvvəl Trampın digər kripto aktivlərindən olan TRUMP adlı memkoin də diqqət mərkəzinə gəlmişdi.

Seçilən
100
1
unikal.az

2Mənbələr