AZ

Depardye təcavüzdə ittiham olunur: 20 illik cəza gözləyir

Fransalı aktyor Jerar Depardye aktrisa Şarlotta Arnunu zorlamaq ittihamı ilə yenidən məhkəmə qarşısına çıxıb. 76 yaşlı aktyoru 20 ilə qədər həbs gözləyir.

Publika.az xəbər verir ki, bu barədə BFMTV-yə gizli mənbə danışıb.

Bildirilir ki, Arnu hələ 2018-ci ildə məhkəməyə şikayət edib. Sosial şəbəkələrdə o, mövcud şəraitdən “çox məmnun olduğunu” və onları “inanılmaz” hesab etdiyini yazıb.

Qeyd edək ki, 2025-ci ilin mayında Paris məhkəməsi Depardyeni "Yaşıl Panjurlar" filminin çəkiliş qrupunun iki üzvünə qarşı cinsi təcavüzdə təqsirli bilib. Müəyyən edilib ki, 2021-ci ildə çəkiliş meydançasında fransız kino ulduzu 54 yaşlı Ameli adlı dekorator və 34 yaşlı rejissor köməkçisi Saranı dəfələrlə təqib edib.

Seçilən
88
publika.az

1Mənbələr