AZ

I Liqa təmsilçisi bu həftə 3 transfer reallaşdıracaq

Yeni çempionatın startına təxminən bir həftə vaxt qalsa da, I Liqa komandası "Difai" hələ daha bir neçə transfer reallaşdırmaq məcburiyyətindədir. Baş məşqçi dəyişikliyi və komandanı bir neçə oyunçunun da tərk etməsi buna zərurət yaradıb.

Bölgə təmsilçisinin yeni çalışdırıcısı Hüseynqulu Quliyevin Fanat.Az-a verdiyi məlumata görə, bu həftə ərzində 3 transfer həyata keçirəcəklər: 

"Çempionatın startına az qalıb. Heyət böyük ölçüdə komplektləşdirilib. Ancaq son günlərdə 3 futbolçu - Bəhram Köçərli, İbrahim Haci və Şahmar Aşurov bizdən ayrıldı. Onların yerini doldurmaq lazımdır. Yaxın 2-3 gün ərzində transferləri tamamlamağa çalışacağıq. Gözaltı etdiyimiz futbolçular var, ancaq hələ tam razılıq olmadığı üçün ad çəkmək istəmirəm. 
Çempionat başlayana qədər bir yoxlama oyunu da keçirəcəyik. Son sınaq matçımız "Ordu" ilə olacaq. Oyun sabah Binədə keçiriləcək".  

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Bölgə təmsilçisi yeni mövsümün açılış oyununda "Baku Sportinq"lə qarşılaşacaq. 

Mirağa

Seçilən
6
1
fanat.az

2Mənbələr