Lənkəran, 2 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir.
Yanğın nəzarət altına alınıb.