AzVision.az xəbər verir ki, Rusiya prezidenti Valdimir Putin Çinə səfəri çərçivəsində belə deyib.
O, Avropaya hücum planları ilə bağlı iddiaları da “heç bir əsası olmayan tam cəfəngiyyat” adlandırıb.
“Avropanın Rusiyanın guya ona hücum planları ilə bağlı iddiaları təxribat və ya tam səriştəszilikdi”,- Kremlin rəhbəri bildirib.
Putin Rusiya ilə bağlı“qorxulu hekayələri” nə görə NATO ölkələrini“dəhşətli filmlər üzrə mütəxəssisləri” adlandırıb.
Rusiya prezidenti həmçinin bildirib ki, Alyaskada ABŞ lideri Donald Trampla görüşü zamanı Ukrayna ilə bağlı müzakirələrinə də aydınlıq gətirib.
- Münaqişə bitdikdən sonra Ukraynanın təhlükəsizliyinin təmin olunması variantlarını müzakirə etdik. Ukraynanın təhlükəsizliyinin təminatı məsələsində konsensusun tapılmasının mümkünlüyünə əminəm”,- Valdimir Putin vurğulayıb.
Bububla belə o, əlavə edib ki, Moskva“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə heç vaxt etiraz etməyib, lakin NATO tam başqa məsələdir”.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta