AZ

Şahmatçılarımız “Grand Swiss 2025”də mübarizə aparacaqlar

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 3-də Səmərqənddə şahmat aləmində ən nüfuzlu turnirlərindən olan “Grand Swiss 2025”ə start veriləcək.

İdman.biz bildirir ki, ölkəmizi Səmərqənddə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, həmçinin Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.

“Grand Swiss 2025” İsveçrə sistemi üzrə 11 turdan ibarət təşkil olunacaq. Burada dünya şahmat reytinqində yüksək yerləri tutan ən güclü qrossmeysterlər iştirak edəcəklər.

Yarışın nəticəsinə görə 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı “Namizədlər Turniri”nə vəsiqə qazanacaqlar.

Turnirin ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
icma.az

2Mənbələr