AZ

Samvel Karapetyanın qərarı “Facebook"-la göndərilib

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinin korrupsiya cinayətlərinin təhqiqi üzrə hakimi Jenya Meliksetyan böyük ehtimalla  rusiyalı milyarder Samvel Karapetyanın həbsi ilə bağlı qərarı qüvvədə saxlayacaq.  

“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti bu barədə yazıb. 

Adıçəkilən mətbu orqan qeyd edir ki, Samvel Karapetyanın şikayətinə yazılı baxış sentyabrın 8-nə təyin edilib.

Lakin vəkillərin sözlərinə görə, buna Karapetyana qarşı qaldırılan cinayət işinin əsaslı olması deyil, məhkəmə sisteminin artıq “Facebook” sosial şəbəkəsində müvafiq mesajlar və göstərişlər vasitəsilə aldığı aydın siyasi göstəriş səbəb olub. 

“Johovurd” qəzetinin yazdığına görə, keçmiş katibin, hazırkı hakim Jenya Meliksetyanın ərinin dövlət qulluqçusu olması məhkəməni xüsusilə həssas vəziyyətə salıb. Yəni hakimiyyət tərəfindən göndərilən “siyasi SMS”dən söhbət gedəndə, fərqli məhkəmə qərarı gözləmək demək olar ki, mümkün deyil.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr