AZ

Lənkəranda dağlıq ərazidə yanğın olub

Lənkəranda dağlıq ərazidə yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda, açıq sahədə qeydə alınıb. Yanğının Hirkan Milli Parkının ərazisinə də keçdiyi bildirilir.

Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın lokallaşdırılıb, alov nəzarətə alınıb.

FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində kənd bələdiyyəsinə məxsus 2 ha sahədə, eləcə də Hirkan Milli Parkında 200 kv.m. sahədə quru ot və kol-kos yanıb.

Seçilən
34
2
apa.az

3Mənbələr