AZ

Türkiyə nəhəngi Lukman üçün rəsmi təklif göndərdi

“Qalatasaray” Ademola Lukmanı icarə əsasında heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, “sarı qırmızılılar” hücumçunun transferi üçün "Atalanta"ya rəsmi təklif göndərib. Klub hücumçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Bu barədə məlumatı Cianluca Di Marzio yayıb.

Mənbəyə görə, tərəflər yaxın günlərdə razılaşma əldə etməyə çalışacaqlar və Lukmanın komandaya qoşulması üçün son qərar veriləcək.

Qeyd edək ki, 27 yaşlı nigeriyalının transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr