AZ

KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər » AzadMedia.az



İsrail bir sıra ölkələrin Fələstin dövlətini rəsmi şəkildə tanımaq qərarına cavab olaraq, İordan çayının qərb sahillərində öz suverenliyini elan edə bilər.

Bu barədə bəzi mənbələr məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-də İsrailin Baş naziri Benyamin Netanyahu yüksək səviyyəli dövlət rəsmiləri ilə iclas keçirərək, Fələstin dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının İsrail üçün mümkün nəticələri barədə müzakirə aparacaq.

Müşavirədə İsrailin bu addıma cavab tədbirləri, o cümlədən İordan çayının qərb sahilində İsrailin suverenliyinin elan edilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bir sıra Avropa ölkələri BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.
Seçilən
10
9
azadmedia.az

10Mənbələr