AZ

Ötən mövsümdə 9 qol vuran hücumçunu bu qiymətə icarəyə götürdülər - FOTO

Loi Openda "Leypsiq"dən "Yuventus"a transfer olunub.

Sportinfo.az xəbər verir ki, Turin klubu hücumçunu icarə əsasında 3,3 milyon avroya götürdüklərini açıqlayıb,

Müqavilədə əlavə olaraq 800 min avro bonuslar nəzərdə tutulub.

Müəyyən idman göstəricilərinə çatdığı halda, "qoca sinyora" belçikalını daimi transfer üçün 40,6 milyon avroya alacaq və bu məbləği 4 il ərzində ödəyəcək.

Openda ötən mövsümdə Bundesliqada 33 oyunda 9 qol vurub.

Seçilən
19
sportinfo.az

1Mənbələr