AZ

Qarayev Mingəçevir lə müqavilə bağladı

ain.az, Fanat saytına istinadən bildirir.

Bu mövsüm qarşısına çempionluq hədəfi qoyulan 1-ci Liqa təmsilçisi "Mingəçevir" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "işıqçılar" daha bir transfer reallaşdırıblar.

Ötən "futbol ili"ni digər 1-ci Liqa komandası "Cəbrayıl"da keçirən vinger Taleh Qarayev heyətə qatılıb. 21 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsümün ilk yarısında bərbad çıxışla yadda qalan "Mingəçevir" qış fasiləsinə 6 xalla yollanıb. Yanvarda yeni sponsorun himayəsinə keçən klub baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında parlaq performansla diqqət çəkib. Yekunda 35 xal toplayan aran təmsilçisi 1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 4-cü pilləsində başa vurub. Mövsümün sonunda gözlənilmədən Füzuli bəylə imzalanmış müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edən rəhbərlik çıxış yolunu onunla əməkdaşlığa son qoymaqda tapıb və Ramiz Məmmədov baş məşqçi postuna gətirilib. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
fanat.az

1Mənbələr