Azadmedia.az xəbər verir ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin qalibi “PRORENT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkət 1 442 738,8 AZN dəyərində “Kran manipulyatorlar”ın satın alınması üzrə tenderi əldə edib.
Məlumata görə, “PRORENT” MMC-nin vergi öhdəlikləri ilə bağlı bir neçə maliyyə sanksiyası mövcuddur:
2013-cü ildə 40 AZN,
2020-ci ildə 40 AZN,
2021-ci ildə 40 AZN,
2022-ci ildə 40 AZN,
2023-cü ildə 6 hal üzrə cəmi 240 AZN,
2024-cü ildə 2 hal üzrə cəmi 80 AZN.
Şirkət riskli vergi ödəyicisi hesab olunmur və ƏDV qeydiyyatındadır. Tender nəticəsi 2 sentyabr 2025-ci il tarixində elan olunub. Dövlət Vergi Xidmətinin saytında hazırkı borc 721.5 manat gössətilir.