Kiyev "Dinamo"sunun sabiq müdafiəçisi Mohammed Kadirinin yeni mövsümə Azərbaycanda başlayacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən ölkəmizə gələn qanalı oyunçu artıq 1-ci Liqa təmsilçisi "Mingəçevir"in düşərgəsindədir.
"İşıqçılar" hələ "Araz-Naxçıvan"da da oynamış afrikalı futbolçu ilə müqavilə bağlamasalar da, tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.
Mirağa