Rəssam-modelyer Elnarə Bəkirovanın adından dələduzluq edilib.
Bizim.Media xəbər verir ki, modelyer bununla bağlı məlumat yayaraq, dostlarına müraciət edib.
O bildirib ki, tanımadığı şəxs onun adından dostlarına yazıb pul istəyir. Hətta dostları arasında həmin şəxsin göndərdiyi karta pul göndərənlər də olub.
"Adımdan sizdən pul istəyirlərsə, verməyin. Mən deyiləm. Ehtiyatlı olun" deyə, Bəkirova əlavə edib. (axsam.az)
Bizim.Media