AZ

"Liverpul"dan bu yay daha bir rekord transfer!

Nəhayət, Aleksander İsakın bu mövsüm hansı komandada oynayacağına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” “Nyukasl”ın hücumçusunun transferini rəsmiləşdirib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, “Liverpul”un İsaka görə “Nyukasl”a 130 milyon funt sterlinq (təxminən 150 milyon avro) ödəyəcəyini qeyd edib. Bu məbləğ İngiltərə futbolunun tarixində yeni transfer rekordudu.

Əvvəlki rekord elə bu yay “Liverpul”un “Bayer-04”dən aldığı Florian Virts üçün etdiyi ödəniş idi. London klubu Almaniya yığmasının üzvü üçün 116 milyon funt sterlinq (təxminən 133 milyon avro) ödəmişdi.

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Qehi də bundan sonra “Liverpul”a keçməyə hazırlaşır. Jurnalist Romanonun məlumatına görə, tərəflər arasında müqavilə 35 milyon funt sterlinq dəyərində qiymətləndirilib. Müdafiəçi özü bir ay əvvəl mersisaydlılara transferə razılaşıb. Mark ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Amma Kostas Simikas “Liverpul“u tərk edib. “Roma” heyətini yunan futbolçu ilə gücləndirib. İtaliya klubu Kostası icarəyə götürüb. Paytaxt təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, müdafiəçi “Roma”da mövsümün sonuna kimi çıxış edəcək. 29 yaşlı futbolçunun “Liverpul”da 2020-ci ildən oynadığını xatırladaq.

Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi. Komandalar arasında oyun gələn il yanvarın 28-də İngiltərədə keçiriləcək.

Seçilən
137
football-plus.az

1Mənbələr