Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dietoloq Nikol Kukko ürək sağlamlığını yaxşılaşdırmaq üçün hər gün armud yeməyi tövsiyə edib.
Redaktor.az verir ki, həkim armudun faydalarını Daily Mirrora açıqlayıb.
Kukko bildirib ki, bu ucuz məhsulun mövsümü sentyabrda başlayır və o, xolesterin səviyyəsini azaltmağa, qan təzyiqini nəzarətdə saxlamağa və ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. “2019-cu ildə aparılmış bir tədqiqatda, metabolik sindromu olan 40 nəfər 12 həftə boyunca gündə iki armud yemiş, onların ürək-damar xəstəlikləri riski azalmışdı”, - deyə o qeyd edib.
Dietoloq əlavə edib ki, armud C və K vitaminləri ilə zəngindir, bu da immuniteti gücləndirir, yaraların sağalmasını sürətləndirir, dəmir çatışmazlığının qarşısını alır və oksidləşmə stresini azaldır. Həmçinin armud normal bağırsaq fəaliyyəti üçün vacib olan liflə zəngindir. Kukkoya görə, armud həm həll olunan, həm də həll olunmayan liflə zəngin olduğundan xüsusilə dəyərlidir.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.