BAKI, 2 sentyabr. TELEQRAF
İsveçrə prezidenti Karin Keller-Satter Ukrayna üzrə danışıqlara Cenevrədə ev sahibliyi etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, bunu Berlində Almaniya kansleri Fridrix Mertlə birgə mətbuat konfransı zamanı deyib.
"İsveçrə danışıqlara ev sahibliyi etməyə və öz təcrübəsini bölüşməyə və sülh yolu ilə həllin axtarışını dəstəkləməyə hazırdır", prezident qeyd edib.
Merts isə cavab olaraq bildirib ki, o da Cenevrəni atəşkəs sazişinin bağlanması üçün uyğun yer hesab edir.