AZ

Türkiyə futbolunda son 24 saat: Rekord transferlər və sürpriz keçidlər

ain.az, Fanat saytına istinadən bildirir.

Türkiyə futbolunda hərəkətli günlərdən biri yaşanır.

Fanat.Az xəbər verir ki, son 24 saat ərzində bir sıra maraqlı və rekord transferlər baş verib:

“Qalatasaray"ın “Trabzonspordan” transfer etdiyi Uğurcan Çakır Türkiyə klubları arasında ən bahalı transfer olub. Eyni zamanda, “Fənərbağça” Kerem Akturkoğlu ilə müqavilə imzalayaraq klub tarixinin ən bahalı futbolçusu ilə güclənib.

“Qalatasaray” isə İlkay Gündoğanla anlaşaraq komandaya təcrübəli oyunçu qatıb. “Fənərbağça”da Ederson və Asensio heyətə əlavə olunub. “Beşiktaş” isə Çerni ilə gücünü artırıb.

Beynəlxalq səviyyədə də bir sıra keçidlər gerçəkləşib: Yusuf Akçicek “Əl Hilal”a, Sofyan Amrabat “Real Betis”ə, Dieqo Karlos “Komo”ya, Livakoviç “Jirona”ya, Zaniolo “Udineze”yə, Kenni Arroyo isə “Kruzeiro”ya transfer olunub.

Bu günlərdə baş verən transferlər Türkiyə futbolunun rəqabətini daha da artırıb və klubların gələcək uğurlarına böyük təsir edəcəyi gözənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr