BAKI, 2 sentyabr. TELEQRAF
ABŞ-nin dünyanın əksər ölkələrindən mallara idxal rüsumlarının artırılmasının mənfi nəticələrinin gələn il özünü büruzə verəcək.
Teleqraf xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının ( ÜTT) rəhbəri Nqozi Okonjo-İveala bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın tarifləri kəskin şəkildə sərtləşdirməsi , Ağ Evin idxal rüsumları tətbiq etməzdən əvvəl, yanvar-iyun aylarında malların əvvəlcədən satın alınmasının təsiri səbəbindən bu il qlobal ticarətə əhəmiyyətli təsir göstərə bilməz: "Lakin qlobal ticarətdə artım azaldıqca, qlobal iqtisadiyyat Trampın tariflərinin mənfi təsirini getdikcə daha çox hiss edəcək. Təchizat tükəndikdə, qlobal ticarət ABŞ-nin sərt tariflərinin pik təsiri ilə üzləşəcək. Biz nəticələri gələn il görəcəyik.