"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsində Çexiya və Xorvatiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Monteneqro millisinin Çexiyaya qarşı oyunu 5 sentyabr, Xorvatiyayla matç isə 8 sentyabrda keçiriləcək.