BAKI, 2 sentyabr. TELEQRAF
Həftə sonu Çikaqoda baş verən atışmalarda azı 54 nəfər yaralanıb, 8 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb .
"Son iki həftə sonu təxminən eyni olub. Çikaqo dünyanın ən dəhşətli və təhlükəli şəhəridir, buna heç bir şübhə yoxdur. Vaşinqtondakı kimi burada da tezliklə cinayət problemini həll edəcəyəm. Çikaqo tezliklə yenidən təhlükəsiz olacaq", - Tramp qeyd edib.