AZ

“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?

Bakı. Trend:

Dünya üzrə yarım milyarda yaxın tamaşaçı auditoriyasına malikolan “Formula 1”in Bakıda keçirilməsi Azərbaycanın tanıdılması vəimicinin formalaşması işinə öz müsbət töhfəsini verir.

Yarışdan əvvəl və yarış müddətində ölkəmizə çoxsaylıazarkeşlərlə yanaşı, beynəlxalq media nümayəndələri də gəlir ki, buda ölkənin və paytaxtın tanıdılması üçün əlverişli imkandır.

Trend-inxəbərinə görə, yarış dünyanın bir çox ölkələrində canlı yayımlanırvə bununla da qısa müddət ərzində xeyli sayda insan Azərbaycanhaqqında məlumat alır.

Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,“Formula 1”in turizmə təsiri yalnız cari olaraq yarışlara gələnazarkeşlərin sayı ilə ölçülməməlidir.

“Bütövlükdə “Formula 1” kimi beynəlxalq tədbirlər həm dəuzunmüddətli planda turizmin inkişafına öz töhfəsini verir,iqtisadi baxımdan iqtisadiyyatın turizmlə bağlı müxtəlifsahələrində canlanma yaradır. Bu kimi irimiqyaslı beynəlxalqtədbirlər ərəfəsində və müddətində Azərbaycanda turizm sənayesi iləbirbaşa və dolayı yolla əlaqəli kiçik və orta sahibkarlığıninkişafı üçün yeni imkanlar yaranır”, - deyə Agentliyinin məlumatdavurğulanıb.

Qeyd edilib ki, ilboyu Dövlət Turizm Agentliyi tərəfindən bütünbeynəlxalq tədbirlərdə və sərgilərdə ölkəmizin turizmpotensialının, müxtəlif turizm məhsullarının, eləcə də “Formula 1”yarışlarının təbliğatı aparılır.

Seçilən
50
7
az.trend.az

8Mənbələr