"Fənərbağça" klubu baş məşqçi postuna Sebastyan Hönessi gətirməyi düşünür.

Offsudeplus.az xəbər verir ki, bu təklifi idman direktoru Devin Özek klubun rəhbərliyinə önərib. O, komandanı almaniyalı mütəxəssisə etibar etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Son qərarı isə prezident Ali Koç verəcək. Hazırda onun qarşısında 3 namizəd var: İsmail Kartal, Sebastyan Höness və Edin Terziç.