AZ

Raul Albiol karyerasını İtaliyada davam etdirəcək

İspaniya millisinin və “Real Madrid”in keçmiş müdafiəçisi Raul Albiol karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı oyunçu “Piza” klubunun uğurları üçün çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu “Piza”ya azad agent statusunda qoşulub. Müqavilənin müddəti barədə hələ ki, məlumat açıqlanmayıb.

Albiol son mövsümü İspaniyanın “Vilyarreal” klubunda keçirib. O, bu komandanın heyətində 6 mövsüm çıxış edib.

Karyerası ərzində Albiol “Valensiya”, “Xetafe” və “Real Madrid”in də formasını geyinib. Müdafiəçi 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında İspaniya millisinin heyətində dünya çempionu olub.

Qeyd edək ki, “Piza” ötən mövsüm B Seriyasını uğurla başa vuraraq A Seriyasına yüksəlib. Hazırda klubun aktivində 1 xal var və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Seçilən
7
90deqiqe.az

1Mənbələr