AZ

Meksikalı qapıçı İspaniyada danışıqları yarımçıq qoydu

Meksika millisinin məşhur qapıçısı Gilermo Oçoa İspaniyada gözlənilməz addımı ilə diqqət çəkib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper “Burgos” klubu ilə müqavilə müzakirələri aparmaq üçün ölkəyə gəlsə də, danışıqlar uğursuz nəticələnib.

Məlumata görə, tərəflər bəzi şərtlər üzərində razılığa gələ bilməyib. Oçoa danışıqlar zamanı klub nümayəndələrinə qəhvə içib düşünmək istədiyini bildirib və zalı tərk edib. Ancaq futbolçu geri qayıtmayaraq, ispan klubunun rəhbərliyini tamamilə çaşqın vəziyyətdə qoyub.

İspaniya mətbuatının iddiasına görə, “Burgos” rəhbərliyi belə bir hörmətsiz davranışı gözləmirdi və təcrübəli oyunçunun bu qərarı böyük təəccüb doğurub.

Qeyd edək ki, Oçoanın son klubu Portuqaliyanın "ABC Sad" klubu olub.

Seçilən
31
90deqiqe.az

1Mənbələr