Yerdəki geomaqnit qasırğası hazırda “yumşaq ssenari” üzrə inkişaf edir, lakin günorta saatlarında G3-ə qədər güclənə bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
“Proqnozlara görə, tədbir qısa fasilələrlə ən azı bir gün, yəni bütün bu gün və böyük ehtimalla Moskva vaxtı ilə çərşənbə günü də davam edəcək”,- deyə məlumatda bildirilir.
Qeyd olunub ki, sentyabrın 1-dən 2-nə keçən gecə geomaqnit sahəsinin pozulmasının səviyyəsi beş indikator üzrə G1-dən G2-yə qədər dəyişib, G5 ən şiddətli olub.
//Gülnarə Abasova, Editor.az