Fransalı aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı ilə Paris Cinayət Məhkəməsində hakim qarşısına çıxacaq.
"Ölkə.az" xəbər verir ki, aktrisa və rəqqasə Şarlotta Arno 2018-ci ildə Depardye tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib və bununla bağlı cinayət işinin məhkəməyə çıxarılmasına nail olub.
O, 2018-ci ilin yayında Fransanın cənubundakı jandarmeriyaya ərizə ilə müraciət edərək bildirib ki, iki dəfə - avqustun 7-də və 13-də Parisdə Depardyenin evində cinsi zorakılığa məruz qalıb.
Jerar Depardye isə münasibətlərin razılıq əsasında olduğunu iddia edərək ittihamları rədd edib.