Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.
Redaktor.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Kim Çen In bu dəfə səfərə qızı Kim Ju-ae ilə yollanıb.
Qeyd olunur ki, bundan əvvəl Çinə üç səfəri zamanı Şimali Koreya liderini həyat yoldaşı Ri Sol Ju müşayiət edib, lakin bu dəfə qızı onunla gedib.
“Kim Ju-aenin Pekinə səfəri beynəlxalq ictimaiyyətin gözündə onun statusunu təsdiqləmək məqsədi daşıya bilər” - məlumatda qeyd olunur.
Onu da qeyd edək ki, bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır.